Şuşa
Yaşayış evi
Abidənin tarixi: | Tarixi: XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5093
Düzbucaqlı uzunsov plan quruluşu olan ikimərtəbəli bina Şuşa evlərinə xas olmayan görüntüyə malikdir. Aşağı Gövhər ağa məscidinin yolu üstündə inşa edilən binanın birinci mərtəbəsi yalnız ticarət üçün, ikinci mərtəbə isə yaşayış üçün nəzərdə tutulmuşdur. Ensiz binanın birinci mərətəbəsindəki iri pəncərə açırımları ticarət məqsədləri üçün bu formada həll olunmuşdur.