Şuşa

Yaşayış evi

Abidənin tarixi: Tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5094

Yuxarı Gövhərağa məscidinin cənub tərəfində inşa edilən ikimərtəbəli Şükür bəyin evi yerli Şuşa daşından inşa edilmişdir. Fasadın həllində pəncərə və tinlərin yonma inşa daşı ilə işlənməsi, pəncərələrə isə döymə metal barmaqlıqlar qoyulması fasada xüsusi gözəllik verir. Şimal tərəfdən həyət divarında işlənmiş sal daş haşiyəli ala qapıdan həyətə daxil olmaqla iç şüşəbəndli fasadın gözəlliyini görmək olar. Digər Şuşa evlərində olduğu kimi burada da, taxta pillələr və metal məhəccərlər quraşdırılmışdır.