Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5104

Şuşa tacirlərindən birinin Culfalar məhəlləsində inşa edilən yaşayış evi kvadrat plan quruluşu olmaqla ikimərtəbəlidir. Evin memarlıq həlli-qapı və pəncərələr, metal barmaqlıqlar, ala qapı Şuşanın digər evlərinə xas olan elementlərlə işlənmişdir. Küçə fasadları nə qədər sadə işlənsə də, iç fasadlar şüşəbəndlərlə, mürəkkəb taxta pillələrlə və iri şəbəkəli ağac konstruksiya ilə zənginləşdirilmişdir.