Şuşa
Yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5107
Culfalar məhəlləsində iki küçənin kəsişdiyi nöqtədə inşa edilən bina kvadrat plan quruluşuna malik olmaqla ikimərtəbəlidir. Binanın küçəyə açılan fasadının birinci mərtəbəsində iri ölçülü yarımdairə tağlı, ticarət məqsədli açırımlar qoyulmuşdur. İkinci mərtəbədə açıq eyvan, iç fasadda isə şüşəbəndli aynabənd quraşdırılmışdır.