Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5108

Şəhərin Culafalar məhəlləsində nisbətən əlverişli relyefdə inşa edilən ikimərtəbəli binanın memarlıq həlli Şuşanın oxşar tikililərindəndir. Küçəyə açılan fasadların pəncərələri nisbətən kiçik həll olunmuş və yarımdairə formalı daş atmalarla tamamlanmışdır. Baş fasadın pəncərələrinin ölçüləri iri qəbul olunmuş və iki tərəfi hamar yonulmuş guşə daşları ilə haşiyələnmişdir.