Şuşa
Yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5109
Sərt relyefdə inşa edilən binanın sağ tərəfi relyefə görə nisbətən aşağı səviyyədə inşa edilmişdir. Pəncərələrin səviyyələri hər iki mərtəbədə fərqlənir. Sal daşlarla haşiyələnmiş giriş qapısından ikinci mərtəbəyə çıxmaq üçün taxta pillə quraşdırılmışdır. Şuşa evlərinə xas olan iç fasadın şüşəbəndlə işlənməsi burada da öz əksini tapmışdır.