Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5110

Mürəkkəb plan quruluşu olan yaşayış evi iki perpendikulyar həcmdən ibarətdir. Yerli daşdan inşa edilən yaşayış evi zirzəmisi olmaqla iki mərtəbəlidir. Pəncərələr kiçik həcmli iki tərəfi yonulmuş daşla haşiyələnmiş, atmalar isə iki səviyyəli olmaqla sıralama daşla sivri formada tamamlanmışdır. Bəzi evlərdən fərqli olaraq, baş fasadda ikinci mərtəbədə açıq eyvan quraşdırılmışdır. Daxili həyətdə isə ikinci mərtəbə şüşəbəndlə tamamlanmış və taxta pilləkən quraşdırılmışdır.