Şuşa
Yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5111
Sərt relyefdə inşa edilən yaşayış evinin həyət fasadı zirzəmi ilə birlikdə üç mərtəbəli görünsə də, küçə fasadları iki mərtəbəlidir. İç tərəfdə zirzəmi səviyyəsində daş pillələr quraşdırılmışdır. Birinci və ikinci mərtəbə arasında taxta pillə qoyulmuşdur. Fasadlardakı pəncərə və qapı boşluqları iki tərəfi yonulmuş guşə daşları ilə haşiyələnmişdir. Fasadlar Şuşaya xas olan tikiş doldurma üslubu ilə işlənmişdir.