Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5113

Şuşanın Culfalar məhəlləsində yumşaq relyefdə inşa edilən yaşayış evi iki mərtəbəlidir. Birinci mərtəbəsi relyefə görə yarım zirzəmi halda olsa da, həyət tərəfdən iki mərtəbəlidir. İriölçülü pəncərələr yonulmuş guşə daşları ilə haşiyələnmiş və bütöv sivri formalı daş atmalar ilə tamamlanmış, eləcə də döymə metal barmaqlıqlarla qapanmışdır.