Şuşa
Yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5115
Hacı Yusifli məhəlləsinin şimal tərəfində tacir Hacıyevin sifarişi ilə inşa edilən bina ikimərtəbəlidir. Bəzi Şuşa evlərində olduğu kimi evə giriş xüsusi zövq və naxışlarla bəzədilmiş alaqapıdandır. Binanın fasadlarının bəsit işlənməsinə baxmayaraq, iç fasad daha dəbdəbəli və zəngin həll edilmişdir. İkinci mərtəbədəki şüşəbənd və taxta pillələr, metal döymə məhəccərlər fasada xüsusi gözəllik verirdi.