Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5117

Hacı Yusifli məscidinin yaxınlığında inşa edilən birmərtəbəli binanın özünəməxsus plan quruluşu vardır. Yaşayış evi iç-içə iki otaq və baş otaqdan ibarətdir. İç tərəfdə iki hissənin arasında yaradılmış boşluq isə açıq eyvan kimi həll olunmuşdur. Pəncərələr kobud yonulmuş guşə daşları ilə haşiyələnmiş və sivri daş örtüyü ilə tamamlanmışdır.