Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5120

Nisbətən hamar relyefdə inşa edilən bina yarım zirzəmisi ilə birlikdə üçmərtəbəli kimi həll edilmişdir. Zirzəminin hündürlüyü yüksək götürüldüyündən buranın mərtəbə kimi istifadə olunduğunu görürük. Ənənəvi olaraq pənəcərətrafı və binanın tinləri yonma guşə daşları ilə həll edilmişdir. İç həyətdə ikinci mərtəbədəki şüşəbənd və taxta pilləkən fasadda xüsusi kontrast yaradır.