Şuşa

Yaşayış evi

Abidənin tarixi: XVIII-XIX əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5148

XVIII əsrin sonu-XIX əsrin əvvələrində inşa edilən ənənəvi yaşayış evlərindən olan bina iç-içə iki otaqdan və bir baş otaqdan ibarətdir. Sadə fasad həlli olan binanın pəncərə ətrafı və tinləri kobud yonulmuş guşə daşları ilə həll olunmuş, pəncərələr döymə metal barmaqlıqlarla bağlanmışdır. Dam örtüyü ağac konstruksiya ilə həll edilmiş və kirəmitlə örtülmüşdür.