Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5168

Təzə məhəllənin mərkəzi hissəsində, iki küçənin kəsişməsində inşa edilən bina üç həcmdən ibarət olmaqla mürəkkəb plan quruluşuna malikdir. Nisbətən hamar relyefdə inşa edilən binanın pəncərələri yonulmuş guşə daşları ilə haşiyələnmiş, atmaları isə yarımdairə şəklində həll edilmişdir. Həyət tərəfdəki pəncərələrin yanları girintili düzbucaqlı sadə formada həll edilmişdir. Yanlardakı hissələrin arası ikinci mərtəbədə şüşəbəndlə işlənmiş, birinci mərtəbə isə sütunlu olaraq metal məhəccərlə həll olunmuşdur.