Şuşa

Yaşayış evi

Abidənin tarixi: XX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5170

Yaşayış evi birmərtəbəli, kürsülü olmaqla düzbucaqlı plandadır. Binanın fasadında tinlər, pəncərə və qapıların ətrafı kiçik ölçülü iki tərəfi yonulmuş guşə daşları ilə həll edilmişdir. Sivri formada olan pəncərə atmaları iki sıralı, boşluqlar isə döymə metal barmaqlıqla həll olunmuşdur. Həyət tərəfdən mərtəbə şüşəbəndlə qapanmış, kürsülük səviyyəsində daş pillə quraşdırılmış və mərtəbəyə qədər taxta pillə ilə tamamlanmışdır.