Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5026

Şuşanın yaşayış evlərinin əksəriyyəti böyük pəncərələri olmaqla iki və ya üç mərtəbəli inşa olunmuşdur. Bəylərin, varlı tacirlərin çoxotaqlı imarətləri cəh-cəlalı ilə seçilmiş və zənginliyi ilə fərqlənmişdir. 1865-ci ildə Şuşada olmuş rus rəssam V.V. Vereşaqin yazırdı: “...Bu şəhərin evləri düzdür, gözəldir, hündürdür, çoxlu pəncərələrlə işıqlandırılır. Şuşa üzərində yerləşdiyi sıldırım qayaların daşlarından tikilmişdir. Küçələrə hər yerdə böyük sal daşlar döşənmişdir...”