Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5032

Memarlıq həlli və tikilmə üslübü baxımından XIX əsrdə Şuşada inşa olunmuş digər yaşayış evlərindən fərqlənmir. Tikilinin memarı və sifarişçisi haqqında məlumata rast gəlinmədi. Yaşayış evi Şuşa şəhərinin Ağadədəli məhəlləsində yerləşir. Məlumatlara görə Ağadədəli məhəlləsi öz adını Cəfərqulu хan Sarıcalı-Cavanşirə bağlı olan Ağa bəy Dədəlinin yaşadığı ünvandan almışdır.