Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5033

Vaxtı ilə əzəməti və gözəl memarlıq həlli ilə seçilən yaşayış binalarından biri də bu tikilidir. Şuşanın yuxarı məhəlləsində inşa edilmiş iki mərtəbəli bina oyma sivri daş atmaları ilə zənginləşdirilmiş, interyerdə isə Şuşaya xas olan istilik buxarıları quraşdırılmışdır. Buxarıların ətrafı xüsusi yapışdırılmış detallarla işlənmiş və nəqqaşlıq işləri ilə bəzədilmişdir.