Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5034

XIX əsrin sonlarında inşa edilən birmərtəbəli Şuşa evlərinin nümunəsi sayılan yaşayış evi sadəliyi və yığcamlığı ilə seçilir. Pəncərə atma və haşiyələri yonma guşə daşları ilə sadə formada tamamlanmış, fasad hörgüsü isə Şuşaya xas doldurucu forma ilə işlənmişdir.