Şuşa

Yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5039

Sərt relyefdə inşa edilən bina həyət tərəfdən ikimərtəbəli olsa da küçə tərəfdən kürsülü birmərtəbəli kimi görsənir. Digər Şuşa evlərinə xas olan və ənənəni saxlayan iç fasada daha çox önəm verərək zəngin işlənmişdir. Birinci mərtəbə küçəyə nəzərən trapes şəkilli olmasına baxmayaraq ikinci mərtəbədə düzbucaqlı forma qorunub saxlanılmışdır. Eyvanın düzbucaqlı hissəsi həyət divarının üstündə konsol şəklində çıxarılmışdır. Beləliklə küçəyə də qeyri-adi gözəllik vermişdir.