Şuşa
Yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5040
Şuşanın Xoca Mərcanlı məhəlləsində sərt relyefdə tikiliən və düzbucaqlı formada olan tikili həyət tərəfdən ikimərtəbəli olmaqla digər fasadları birmərtəbəli kürsülü ev təəssuratı yaradır. İki üzü yonulmuş xırda daşlardan hazırlanan sivri pəncərə atmaları və guşə detalları fasada xüsusi gözəllik verir. Digər evlərdə olduğu kimi iç fasaddakı şüşəbəndlər və taxta pillələr Şuşa evlərində olduğu kimi fasadın ayrılmaz elementini təşkil edir.