Şuşa

Yusif Vəzir Çəmənzəminlinin evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 359

Azərbaycan yazıçısı, tarixçi, dramaturq, folklorşünas və siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) yaşadığı ev XIX əsrdə inşa olunmuşdur. Yerli daşdan inşa edilmiş ikimərtəbəli bina Şuşa memarlığının görkəmli nümunələrindən biridir. Sivri pəncərə atmaları, iri ölçülü daşlardan yonulmuş darvaza haşiyələri və sərt tərkibli ağacdan işlənmiş darvaza bu tikili üçün də səciyyəvidir.