Şuşa
Yuxarı Gövhər ağa məscidi
Abidənin tarixi: | XVIII |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: 344
Abidənin ünvanı: Şuşa şəhəri
Yuxarı Gövhər Ağa məscidi XVIII əsrin ikinci yarısında Rasta Bazar, Şeytan Bazar və Aşağı Bazarın kəsişməsində inşa olunmuşdur. Məscid XIX əsrin sonlarında yenidən qurulmuşdur. Gövhər Ağanın sifarişi ilə indiki görkəmində tikilən məscidə Yuxarı Gövhər Ağa məscidi adı verilmişdir. Qoşa minarələr bişmiş kərpiclə tikilmiş və xüsusi boya ilə bəzədilmişdir.