Şuşa
Yuxarı Gövhər Ağa məscidinin mədrəsəsi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 360
XIX əsrin sonlarında Yuxarı Gövhər ağa məscidində aparılan yenidənqurma işləri zamanı məscidin ön tərəfində iki mərtəbəli mədrəsə inşa edilmişdir. Yerli daşdan tikilən mədrəsənin ikinci mərtəbəsində taxtadan eyvanlar quraşdırılmış və dərs otaqları kimi istifadə edilmişdir. XX əsrin birinci yarsında dini məbədlərin represiyaya uğradığı zaman mədrəsənin şimal və şərq hissəsi tam sökülmüşdür. Mühafizə olunan qərb tərəfi isə XX sərin ikinci yarsında bərpa edilmişdir.