Şuşa

Zöhrabbəyovun yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5156

Şuşanın tanınmış varlı bəylərindən olan Zöhrabbəyovların sifarişi ilə inşa edilən bu bina üçmərtəbə olmaqla şəhərin ən görüntülü yerlərindən birində yerləşir. Xüsusi zövqlə tikilmiş binanın çöl fasadının bəsit olmasına baxmayaraq, iç fasadı bir o qədər gözəl və zəngin həll olunmuşdur. İkinci mərtəbədə iriölçülü şəbəkəli pəncərə qoyulmuş, şüşəbənd quraşdırılmış və binanın şimal tərəfində sanitar qovşaqları inşa edilmişdir. Ənənəyə sadiq qalaraq tinlər yonulmuş guşə daşları ilə işlənmişdir.